Ramiz Mehdiyev xidmət rəhbərini təqdim etdi: "Bu qurum dövlətə əməli ilə hörmət gətirməlidir”

img

24-04-2018 [15:54]


"Miqrasiya Xidməti Respublikanın qapısıdır. Bu qurum dövlətə əməli ilə hörmət gətirməlidir”.

Bunu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynovu kollektivə təqdim edərkən deyib.

PA rəhbərinin sözlərinə görə, prezident İlham Əliyev miqarsiya xidmətinin fəaliyyətinə iradlar tutub və bunların tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayıb.

"Cənab prezident hesab edir ki, Miqrasiya Xidmətində təmizlik, aşkarlıq, şəffaflıq olmalıdır. Rüşvətxorluğa son qoyulmalıdır. Sabah bu məsələlər yenidən baş versə, aidiyyatı insanlar məsuliyyətə cəlb olunacaqlar. Miqrasiya Xidməti respublikanın qapısıdır. Bu qurum dövlətə əməli ilə hörmət gətirməlidir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncama əsasən millət vəkili Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR