"3 min borcu olan şəhid ailələri, 150 manata alan pensiyaçıların borcu..." - Deputatdan kreditlərlə bağlı təklif

img

24-04-2018 [14:12]


"Bir müəssisəni sağlamlaşdırırıq, amma nəticədə minlərlə sahibkarı bankrot vəziyyətdə qoyuruq”.

Mia.az xəbər verir ki, bunu "Müflisləşmə və iflas haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsində deputat Əlİ Məsimli deyib. O bildirib ki, hər hansı bankın lisenziyası alınırsa sahibkar bundan əziyyət çəkir.

"Bu yaxınlarda Şəkidə bir sahibkar belə problemlə üzləşib. "Dəmirbank”ın lisenziyası alınıb və sahibkarın orada olan pulu almasında problem yaranıb. Əgər bankın lisenziyası alınıbsa onu başqa banka keçirsinlər. Yüzlərlə iş adamının müflis olmasının qarşısını ala bilər. İkinci məsələ isə, biz nə vaxt Azərbaycan vətəndaşlarının maliyyə sağlamlığı ilə məşğul olacağıq? 2015- ci il də səhvlər buraxılmaqla həyata keçirilən devalvasiya nəticəsində xeyli insan ziyan çəkdi. Onlara nə edəcəyik?”.

Əli Məsimli deyib ki, devalvasiyaya qədər borcunu rahatca ödəyən, amma devalvasiya nəticəsində borcunu əvvəlki qaydada ödəyə bilməyən şəxslərə güzəştlər tətbiq edilsin. 

"Məsələn, 5 min, imkan varsa 10 min dollara qədər olan kreditlər 1,05 manat kursu ilə qaytarılsın. Daha iri məbləğli borclar üçün isə 1,2-1,3 manat kursu götürmək olar Xüsusi prezident fərmanı ilə vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailəsinə 11 min manat pul veriləcək. Bu təqribən 6,5 min dollar edir. Elə olmasın ki,həmin şəhid ailələri alacaqları pulları banklara olan börclarına sırf etsinlər. Ona görə heç olmasa, 3 min dollar qədər olan borclar, 150-170 manat pensiya alanların borcları bağlansın. Araşdırma aparılaraq, borcunu ödəmək iqtidarında olmayan şəxslərin borcları silinsin. Burda kredit borclarını ödəmək imkanı olub, yayınanlardan söhbət getmir. 

Bundan ötrü fiziki şəxslərin müflisləşməsi haqqında qanun qəbul edilməli və buna əsasən şəhid ailələrı, kimsəsizlər, aşağı pensiya alan pensiyaçılar, krediti qaytarmaq üçün bütün imkanları tükənmiş yoxsul insanların aldıqları kreditlər isə məhkəmə yolu ilə müflisləşmə mexanizmi vasitəsilə bağışlansın".


Digər xəbərlər
SON XƏBƏRLƏR