Rusiya kəşfiyyatının şefi Bakıda! - Prezident qəbul etdi + FOTO

img

24-04-2018 [11:02]


Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycana səfər edib.

Mia.az xəbər verir ki, o, bu gün Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.

Qəbulda Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, bütün sahələrdə olduğu kimi, təhlükəsizlik sahəsində də əməkdaşlıq uğurla davam edir.

Görüşdə regional təhlükəsizlik məsələləri də müzakirə olunub.

Sergey Narışkin Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlət başçısına çatdırıb. O, İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, bunu Azərbaycan xalqının böyük etimadı kimi dəyərləndirərək seçkilərin nəticələrini həm də Azərbaycan xalqının qələbəsi kimi qiymətləndirib.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev həm Azərbaycanda, həm də Rusiyada keçirilən son prezident seçkilərinə toxunaraq qeyd edib ki, bütün bunlar Rusiya və Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən siyasətə xalqlarımızın verdiyi dəstəyin nümayişidir.

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR