Səxavət Tağıyevdən təhsil naziri təyinatına operativ reaksiya: "Ceyhun Bayramovun təyinatı böyük sevincdir"

img

23-04-2018 [22:15]


Təhsil cəmiyyətin tərkib hissəsidir.Təbii ki, bütün sahələrdə olduğu kimi təhsildə də yığılıb qalmış problemlər var idi. Son illər aparılan çoxsaylı islahatlar, dövlət qayğısı böyük uğurlara gətirdi. Ən başlıcası nazirliyin rəhbərliyi nöqsan və çatışmamazlıqları ört-basdır etmədi, içtimailəşdirdi, inkişaf naminə hər kəsin fikir söyləmək, təklif vermək imkanlarını artırdı. 

Bunlar çətinlik bahasına olsa da aşkarlığı təmin etdi. Kadrların seçilməsi və yerləşdirilməsində obyektivlik təmin olundu Müəllimlərin işə qəbulu, onların biliyinin dünya praktikası əsasında dioqnostik qiymətləndirilməsi, eyni zamanda məktəb direktorlarının imtahan , sonra müsahibə yolu ilə təyinatı kadrların saflaşdırılmasına və onların əməyinin stimullaşdırılmasına yeni bir pəncərə açdı.

 Açığı gizli deyil ki, islahatçı nazir kimi tanınan Mikayıl Cabbarovun yeni təyinatla vəzifədən getməsi bizdə daxili bir narahatçılıq yaratdı. Pedaqoji içtimaiyyətin onun uğurlu fəaliyyətini əks etdirən yazı və düşüncələri də dediyimə bir sübutdur. Həmin gündən təhsil naziri vəzifəsinin səlahiyyətləri yeniləşmə və çoxsaylı islahatların önündə olan Ceyhun Bayramova həvalə olundu. Bu da mövcud kursun eyni qayda ilə aparılmasını təmin etdi.. 

Sosial media və İnormasiya Agentliklərində nələrə rast gəlmədik?! Kimlərin adları nazir postuna hallanmadı?! 

...Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni təhsil naziri təyinatı ürəyimizcə oldu. Təhsilin içində olan bir şəxs kimi deyirəm ki, təhsil naziri postuna yeni təyinat dövlət başçısının çoxsaylı qayğılarından ən birincisi oldu. Ona görə ki, Ceyhun Bayramov adları hallanan insanlardan tam fərqli nüfuz və hörmət sahibi olmaqla, təhsil sisteminə kifayət qədər bələd və rəhbərlik etmiş bir insandır. Onun yeni təyinatı Prezidentin təhsilə dövlət qayğısı olmaqla, təhsi işçiləri üçün bir ümid, bir sevincdir. 

Var olsun Prezidentimiz, onun yeni uğurlu kadr siyasəti! 

Cənab Ceyhun Bayramov, Sizi təbrik edirik, məsul və şərəfli nazir postunuz mübarək olsun! 

Səxavət Tağıyev, 
Əməkdar müəllim.


Digər xəbərlər
SON XƏBƏRLƏR