"Düşmən təxribatının qarşısı dərhal və sərt şəkildə alınacaq" - Azərbaycandan daha bir kəskin xəbərdarlıq

img

23-04-2018 [18:27]


Azərbaycan Müdafiə Nazirliyi bir daha bəyan edib ki, cəbhə xəttində heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir.

Bu barədə Müdafiə Nazirliyindən Mia.az-a daxil olan məlumata görə, Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir: "Bununla əlaqədar bildiririk ki, bütün cəbhəboyu zonada əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır, bölmələrimiz atəşkəs rejiminə ciddi riayət edir, gərginliyin artmasının tərəfdarı deyilik və cəbhə xəttində Müdafiə Nazirliyi tərəfindən heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir.

Müdafiə Nazirliyi bəyan edir ki, qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsinə yönələn istənilən düşmən təxribatının qarşısı dərhal, qətiyyətlə və sərt şəkildə alınacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR