Keçmiş MTN generallarına hökm oxunub - SİYAHI

img

23-04-2018 [15:47]


Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçiriləcək prosedə hökm oxunub.

Məhkəmənin hökmü ilə general Sübahir Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmü ilə general Teymur Quliyev 12 il, Fuzili Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev və Eşqin Əliyevin hər biri 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmü ilə Elşad Əzizov və Fərhad Atayevə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Barəsində həbs qətimkan tədbiri olmayan Natavan Mirvətovaya da barəsində 5 il sınaq müddəti olmaqla şərti cəza verilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub