Ermənistanda məxməri inqilab başladı - Dövlət qurumları mühasirəyə alındı - VİDEO(Yenilənir)

img

17-04-2018 [14:26]


İrəvanda etirazçılar dövlət qurumlarının binalarını mühasirəyə alıblar.

Ölkənin prokurorluğu, Xarici İşlər Nazirliyi və Dövlət Gəlirləri Komitəsinin binası mühasirəyə alınıb.

"Mənim addımım” hərəkatının üzvləri Nikol Paşinyanın bəyanatından sonra hökümət binalarını mühasirəyə almağa davam edirlər.

*** 

Ermənistan parlamentinin deputatı, müxalif "Vətəndaş dialoqu” partiyasının lideri, sabiq prezident Serj Sarkisyanın baş nazir postuna namizədliyinə qarşı etiraz hərəkatına başçılıq edən Nikol Paşinyan respublikada "inqilabi vəziyyətin” yarandığını bildirib.

Nikol Paşinyan hazırda bütün güc strukturlarının parlament qarşısına toplandığını bildirib.

"Onlar bizi gözləyir. Lakin biz başqa cür hərəkət edəcəyik. Biz indi yürüş edib digər hökumət binalarının işini iflic edəcəyik”, - deyə Paşinyan əlavə edib.

Müxalifət lideri aksiya iştirakçılarının zorakılığı istisna etməli olduqlarını vurğulayıb.

**** 
Aprelin 17-də Ermənistanın paytaxtı İrəvanda polis etiraz aksiyasına qatılan 80 nəfəri tutub.

Bu barədə İrəvan polis idarəsinin mətbuat xidməti məlumat yayıb. Ermənistan parlamentinin üzvü, "Çıxış” müxalifət blokunun sədri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın həbs edilməsinə gəlincə, idarədən həmin şəxsin saxlanılmadığı bildirilib.

Lakin müxalifət nümayəndləri hesab edirlər ki, saxlanılanlar arasında Aşot Paşinyan da olub. O, Şenqavit Rayon Polis Şöbəsində üç saat dindirildikdən sonra sərbəst buraxılıb.


Azvision.az



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR