Şriftin ölçüsü / 315 dəfə oxunub

"Bu dəfə aksiyaları yatırmaq Sarkisyana asan olmayacaq” - Politoloq

17 Aprel 2018 [11:58]
Yerevanın Baqramyan, Moskovyan, Abovyan və digər küçələri hərəkətə bağlanıb. Aksiyaya tələbələr və bir sıra sürücülər qoşulub. 

Tələbələr Ermənistanın baş naziri postuna Serj Sarkisyanın namizədliyinin irəli sürülməsinə etirazlarını bildirirlər. Ermənistanda Paşinyanın təşəbbüsü ilə baş tutan "Mənim addımım" piyadaların etiraz aksiyası bütün ölkəni bürüməkdədir. Son bir neçə gündə Paşinyan və onun tərəfdarları 200 kilometrdən artıq piyada yol qət edərək aksiya keçirirlər.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Ermənistanı bürüyən etiraz dalğası haqqında fikirlərini unikal.org-a bildirib.

"Narazılıqların obyektiv səbəbi var. Çünki indiki Ermənistan hakimiyyətində olan "Qarabağ klan”ı Levon Terpetrosyanı devirəndən sonra Ermənistan iqtisadiyyatını dağıdıb. Bu dağıntının da səbəbləri var. Onlar Azərbaycan torpaqlarını işğalda saxladıqları müddətdə sərhədləri qapalı qalacaq , erməniləri aclıq və səfalət gözləyəcək. Bu proses zaman-zaman Ermənistanda baş verib. Əgər küçələrə çıxan etirazçıların sayı artsa, Sarkisyan onlara qarşı polislə bərabər hərbi zorakılıqdan da istifadə edəcək. Kütlənin sayı artsa, etiraz dalğası genişlənsə, Sarkisyana bu dəfə etirazı yatırmaq asan olmayacaq. Sarkisyan prezident seçilərkən də aksiyalar keçirilmişdi. Həmin aksiyada hətta insanlar qətlə yetirilmişdi. Sarkisyan qətliam hesabına belə, hakimiyyətini itirməmək üçün aksiyanı yatırmağa çalışacaq. O, bilir ki, hakimiyyətdən getsə, onu məhkəmə gözləyir. Tək Xocalıda və işğal etdiyi Azərbaycanda deyil, onun Ermənistanda da törətdiyi cinayətlər var. Sarkisyan hakimiyyətini qorumaq üçün onlarla insanı qətlə yetirib, ölkəsini səfalətin uçurumuna gətirib. Bunlar da əslində cinayətlərdir” - deyə ekspert qeyd edib.



SON XƏBƏRLƏR