Şriftin ölçüsü / 558 dəfə oxunub

Bakıda özəl klinikada olay: Həkim komaya düşərək öldü

17 Aprel 2018 [11:23]
Bakıda həkim əməliyyatdan sonra vəfat edib.

Mia.az report-a istinadən xəbər verir ki, Bakı şəhərində yerləşən 25 saylı şəhər poliklinikasının həkim-otorinqoloqu Əziz Bayramlı aprel ayının 14-də dünyasını dəyişib.

Belə ki, 63 yaşlı Ə.Bayramlıötən həftə Bakıda yerləşən "MediStyle Hospital"da bud-canağ oynağının endoprotezləşmə əməliyyatı keçirib. O, cərrahi əməliyyatdan sonra ayılıb, hətta ayağa da qalxıb. Lakin əməliyyatdan 3 gün sonra komaya düşüb. Yaxınları koma vəziyyətində olan xəstəni "MediStyle Hospital"da saxlamağa maddi gücü çatmadığı üçün onu Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirib. Ə.Bayramlı həmin xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.



SON XƏBƏRLƏR