Prezident jurnalistin qatilinə 10 gün vaxt verdi: "Təslim ol!"

img

17-04-2018 [10:49]


Ekvador prezidenti Lenin Moreno jurnalistlərin qətlində şübhəli bilinən "Quaço" ləqəbli Valter Patrisio Arisaleyə könüllü təslim olması üçün 10 gün vaxt verib.

Trend-in məlumatına görə, prezident ona təslim olmayacağı təqdirdə cəzasının daha da ağır olacağı ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, Quaço Kolumbiya ilə sərhəddə iki jurnalist və onların sürücüsünü oğurlayaraq qətlə yetirməkdə şübhəli bilinir.

Quaçonun yerini xəbər verən adama isə 100 min dollar mükafat vəd edilib.

Kolumbiya hökuməti isə ayrıca 150 min dollar mükafat vəd edib. Belə ki, Quaço Kolumbiyada da 4 hərbçinin ölümündə şübhəli bilinir.

Digər xəbərlər
SON XƏBƏRLƏR