Balıq tutmağa çıxan şəxs yoxa çıxıb - FHN axtarışa başladı

img

17-04-2018 [10:22]


Bakıda balıq tutan şəxs yoxa çıxıb.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, dünən balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisindən dənizə çıxmış 1989-cu il təvəllüdlü Həmidzadə Şəhriyar Paşa oğlu geri qayıtmayıb.

Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR