Ermənistanda gərginlik artdı, küçələrdə barikadalar quruldu - Etirazlar pik həddə + VİDEO

img

17-04-2018 [00:01]


Ermənistanın paytaxtı İrəvanda etirazlar səngimir. Hazırda Baqramyan prospektində gərgin anlar yaşanır.

Polis barikadalar quraraq küçələrə girişi bağlayıb. Nümayişçilər barikadalara doğru irəliləyib. Polis əməkdaşları nümayişçilərin müqavimət göstərəcəyi təqdirdə hərəkətə keçəcəklərini bildiriblər.

Məlumata görə, aksiyaların təşkilatçısı Nikol Paşinyan və İrəvanın polis rəisinin müavini Valeri Osipyan tikanlı tellərin irəli çəkilməyəcəyi barədə razılaşıb. Bundan əlavə əraziyə su maşınları, xeyli sayda canlı qüvvələr cəlb olunub.

Paşnyan isə parlamentin binasına doğru yolları bağlamaq istəyir. O, Fransa meydanında toplaşan tərəfdarları qarşısında bildirib: 
"Biz sabah "küçəni bağlayın" aksiyasını daha geniş miqyasda həyata keçirməli və parlamentə daxil olan bütün girişləri məhdudlaşdırmalıyıq. Bu gün uğurlu bir gün idi, çünki biz daxili siyasi vəziyyətdə sıçrayış etdik və erməni xalqının evdə oturduğunu və hər şeyə qarşı çıxdığını söyləyən ağızları bağladıq"/azvision.



Digər xəbərlər
SON XƏBƏRLƏR