16-04-2018 [20:39]
"Dünya bazarında son üç il yarımı əhatə edən dövr üçün neftin qiymətinin 2018-ci ilin cari dövründə maksimum səviyyələrdə qərarlaşması ölkənin xarici sektor göstəricilərinə pozitiv təsir etməklə tədiyyə balansında profisitin yaranması ilə nəticələnib. Bu da, öz növbəsində manatın məzənnəsinin sabitliyini təmin edir, hətta milli valyutanın bahalaşması üçün təzyiq yaradır”.
Mia.az xəbər verir ki, bunu "APA-Economics”ə açıqlamasında iqtisadçı-ekspert Qulu İbrahimli deyib.
Onun fikrincə, hökumətin və Azərbaycan Mərkəzi Bankının hazırda qəbul etdiyi qərarlar və tənzimləmələr manatın möhkəmlənməsinin qarşısını almaq yönündədir: "Ona görə də manatın ucuzlaşacağı ilə bağlı son günlər cəmiyyətdə yaranan ajiotajın heç bir əsası yoxdur. Belə ki, Mərkəzi Bankın analitik balansının təhlilindən də görünür ki, bazarda xarici valyuta artıqlığı mövcud olub və bunu aradan qaldırmaq, eyni zamanda manatın bahalaşmasının qarşısını almaq üçün Mərkəzi Bank valyuta alışı edib. Son aylar pul bazasında müşahidə olunan artımda Mərkəzi Bankın bazardan izafi xarici valyutanın yığmasının da rolu olub".
Dollara tələbat artmayıb
Qulu İbrahimli qeyd edib ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında Dövlət Neft Fondu (ARDNF) tərəfindən daha çox valyuta satılmasının ölkədə dollara olan tələbatın artması kimi qiymətləndirilməsi düzgün deyil.
Ekspert bildirib ki, hələ ötən il, 2018-ci ilin dövlət büdcəsinin tərtibi zamanı hökumət tərəfindən ARDNF-nin dövlət büdcəsinə transfertlər çərçivəsində 2018-ci ildə satılacaq valyutanın həcmi müəyyənləşdirilib: "Yanvar-mart aylarında Fondun satdığı xarici valyuta aylar üzrə hələ əvvəlcədən müəyyən olunan bölgüyə uyğun olub, burda valyutaya tələb artımından söhbət gedə bilməz. Neft Fondu dövlət büdcəsi qarşısında transfert öhdəliyini manatla həyata keçirdiyindən, xarici valyutanı satıb manata çevirir. Nəzərə alsaq ki, 2018-ci ilin dövlət büdcəsində "Azərbaycan Beynəlxalq Bankı”nın xarici öhdəliklərinin yerinə yetirilməsinə vəsait yönəldilməsi nəzərdə tutulub, deməli, həmin xarici öhdəliyin yerinə yetirilməsi üçün Fondun satdığı valyutadan əldə edilən manat kütləsi təkrar xarici valyuta alışına yönəldilib.
Göründüyü kimi, Fondun valyuta satışı dövlət büdcəsinin icrası prosesində adi bir prosedurdur, valyuta tələbi artımı ilə heç bir əlaqəsi yoxdur”.
Dollar ucuzlaşacaq, manat bahalaşacaq
2018-ci ildə dünya bazarında neftin qiymətini şərh edən ekspertin sözlərinə görə, "qara qızıl”ın qiyməti indiki səviyyələrdə qalacaq.
Qulu İbrahimli bildirib ki, hətta neftin bahalaşması ehtimalının yüksək olmasını şərtləndirən əsas səbəblərdən biri Amerika Mərkəzi Bankının (FED) ilin sonunadək daha üç dəfə faiz artımına getməsi ehtimalıdır.
"Hesab edirəm ki, FED-in faiz qərarlarında inflyasiya hədəfinə nail olmaq baxımından neftin qiyməti əsas rol oynayır. Faiz qərarları ilə neftin qiymətindəki yuxarı yönlü dinamika arasında müşahidə olunan düz mütənasiblik əlaqəsi də bunu deməyə əsas verir. ABŞ-da 2018-ci ilin sonunadək faiz artımı qərarları olması yenə də neftin qiymətinin yuxarı olması halında mümkün ola bilər. Deməli, dünyada siyasi iradə neftin qiymətinin ən azı indiki səviyyədə saxlamaq yönündədir və bu da nəyin bahasına olursa-olsun təmin olunacaq. Manatın ucuzlaşacağı yönündəki psixoloji gərginlik də müvəqqəti xarakter daşıyır. Düşünürəm ki, neftin qiymətinin mövcud səviyyələrində Azərbaycan Mərkəzi Bankı və hökumətin manatın bahalaşmasının qarşısını almaq yönündəki davranışları tədricən təsirsiz olacaq, mövcud məzənnə qismən aşağı düşəcək, yəni manat bahalaşacaq,” – deyə Q. İbrahimli vurğulayıb.
Manata inam artır
Azərbaycanın keçmiş maliyyə naziri, iqtisadçı-ekspert Fikrət Yusifov da manatın dollar qarşısında ucuzlaşması fikrinə münasibət bildirib və əlavə edib ki, bunun üçün heç bir əsasın olmadığı qənaətindədir.
F. Yusifov qeyd edib ki, milli valyutanın məzənnəsinə təsir edə bilən əsas amillərdən biri neftin dünya bazarlarındakı qiymətidir.
"Neftin qiymətlərində isə yaxın zamanlarda hər hansı bir ciddi dəyişikliklərin baş verməsi gözlənilmir. Eyni zamanda, son üç ay içərisində bizim qeyri-neft sektoru üzrə ixracımızın həcmi ötən ilin birinci rübü ilə müqayisədə 37 faiz artıb. Yəni, real sektordan da ixracımız artıq valyuta gətirir. Doğrudur, bu hələlik böyük həcmlərdə deyil. Ancaq hər halda 37 faiz artım bizə deməyə əsas verir ki, qeyri-neft sektorundan da irəliləyişlər edə bilirik. Hesab edirəm ki, bu, ilk növbədə qeyri-neft sektorunun əsas aparıcı sahələrindən olan aqrar sektorun, qeyri-neft sənayesinin inkişafı hesabınadır. Həmçinin, Azərbaycan üzərindən keçən, beynəlxalq nəqliyyat xətləri də artıq fəaliyyətə başlayıb. Buradan əldə edilən valyuta gəlirləri də manatın məzənnəsinə dəstəkdir. Ona görə də hesab edirəm ki, bu gün manatın məzənnəsi ilə bağlı bizi narahat edəcək heç nə yoxdur,” – deyə F. Yusifov bildirib.
Ekspert vurğulayıb ki, son vaxtlar insanların manata etibarı xeyli artıb.
F. Yusifovun fikrincə, bu inamın əsas göstəricisi son aylar ərzində banklarda əhalinin manatla olan əmanətlərində müşahidə olunan müsbət dinamikadır: "Yəni, Azərbaycan vətəndaşlarının banklarda manatla əmanət yatırımları artır. Bu, artıq manatın sabitliyinin və vətəndaşlarımızın bu sabitliyə inamının göstəricisidir. Bununla yanaşı, manat sabitdirsə, deməli, istənilən investor buna güvənib, öz yatırımlarını edə bilir. Bu isə iqtisadiyyatın inkişafı deməkdir. Milli valyuta sabit olmayan zaman daxili və ya xarici investor yatırım etməyə qorxur. Manatın sabit olması bu baxımdan da iqtisadiyyata, real sektorun inkişafına təkan verəcək amillərdən birinə çevrilir”.
Manatın ucuzlaşmasına təsir edə biləcək hər hansı bir risk yoxdur
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə müzakirə aparıb - XİN-dən açıqlama
Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
Polşanın baş naziri: "Dünya yeni müharibə dövrünə qədəm qoyub..." - "Önümüzdəki iki il ərzində hər şey müəyyən olunacaq"
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb