"Müdafiə məsələləri ilə bağlı birgə işlərimiz..." - İsrailin müdafiə nazirindən Əliyevə məktub

img

16-04-2018 [20:00]


İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Təbrikdə deyilir: 

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan ilə İsrail bir çox sahələrdə etimad və qarşılıqlı anlaşmaya əsaslanan yaxşı münasibətlərə malikdir. Əlbəttə, müdafiə məsələləri ilə bağlı birgə işlərimiz möhkəm münasibətlərimizin önəmli hissəsini təşkil edir. Mən bu əlaqələrin daha da inkişaf etməsini və genişlənməsini arzu edirəm.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirir, xoşbəxtlik, möhkəm cansağlığı və uğurlar arzu edirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR