Rusiyada silahlı basqında günahlandırılan azərbaycanlı yenidən həbs edildi – FOTO+VİDEO

img

16-04-2018 [17:34]


Rusiyada yaşayan iki azərbaycanlı 10 kiloqramdan artıq narkotik maddə satmaqda ittiham olunaraq məhkəmənin hökmü ilə həbs ediliblər.

Mia.az-a daxil olan xəbərə görə, 2007-ci ildə Novosbriski vilayətində silahlı basqın maddəsi ilə həbs edilən, əslən Azərbaycanın Qazax rayon Kəmərli kənd sakini 1979-cu il təvəllüdlü Orucov Bəxtiyar Qurban oğlu bu dəfə külli miqdarda narkotik maddə satmaqda ittiham olunaraq həbs olunub. 2016-ci ildə həbsdən azad olunan Bəxtiyar Orucov, 2017-ci ilin iyun ayında öz həmyerlisi ilə 10 kiloqramdan artıq narkotiq maddə satmaqda ittiham olunub.

Qazaxıstandan televizorun içində narkotik gətizdirən Bəxtiyar Orucov, əslən Cəlilabad rayon sakini, 26.03.1969-cu il təvəllüdlü Cəfərov Məhərrəm Aslan oğlu ilə birlikdə bunu satmaq niyyətinə düşüblər.
Onlar əldə etdikləri narkotiki 2017-ci ilin iyun ayında avtobusla Novokuzneçk şəhərinə satmağa apararkən Rusiyanın Kemerov vilayətinin Cinayətkarlığa qarşı Mübarizə şöbəsinin baş əməliyatçıları tərəfindən saxlanılıblar.

2017-ci ilin iyun ayında saxlanılan azərbaycanlıların artıq məhkəmə prossesi başa çatıb.

Novokuzneçk şəhər məhkəməsinin qərarı ilə Bəxtiyar Orucova 6.5 il, Məhərrəm Cəfərova 6 il həbs cəzası verilib.

Mia.az foto-video materialları təqdim edir.



Digər xəbərlər
SON XƏBƏRLƏR