Türkiyə XİN-in əməkdaşlarının 20 faizi işdən qovulub - FETÖ ittihamı ilə

img

16-04-2018 [19:17]


Türkiyədə hərbi çevrilişə cəhddən sonra FETÖ terror təşkilatı ilə mübarizə çərçivəsində Xarici İşlər Nazirliyinin (XİN) 461 əməkdaşı vəzifəsindən azad edilib.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazir bildirib ki, işdən kənarlaşdırılanların sayı Türkiyə XİN-in əməkdaşlarının təqribən 20 faizini təşkil edir.

M.Çavuşoğlu qeyd edib ki, vəzifəsindən azad edilənlər arasında konsulluqların işçiləri və Türkiyə xarici siyasət idarəsinin müşavirləri də var.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR