“ATƏT DTHB Seçki  Müşahidə Missiyasının rəyi birtərəfli baxışı əks etdirir” - Fonddan bəyanat

img

16-04-2018 [18:25]


"Kontitsuiya” Araşdırmalar Fondu11 Aprel 2018-ci il Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar bəyanat verib.

Mia.az-a daxil olan bəyanatda qeyd olunur ki,  11 Aprel 2018-ci il tarixində keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri Azərbaycan Respublikası  Konstitusiyasına və  Seçki Məcəlləsinə tam uyğun olaraq yüksək səviyyədə təşkil edilib və demokratik seçkilərin keçirilməsi üzrə universal beynəlxalq standartlara cavab verib: "Azərbaycan dövlət hakimiyyəti orqanları və seçki komissiyaları vətəndaşların aktiv və passiv seçki hüququnun  həyata keçirilməsinini tam dolğunluğu ilə  təmin edib. 11 aprel 2018-ci ildə keçirilmiş prezident seçkiləri azad, demokratik, şəffaf və beynəlxalq seçki proseduralarına uyğun şəraitdə keçirilib”.

Bəynatda vurğulanır ki,  seçkilər rəqabətli və alternativ seçim imkanlarının mövcud olduğu mühitdə keçirilib:  "Azərbaycanda dövlət qeydiyyatından keçmiş 55 siyasi partiyadan 6-nın sədri prezidentliyə namizəd kimi qeydə alınıb. Bu isə  dövlət qeydiyyatına alınmış partiyaların 10.9 faizi deməkdir. Namzidəliyi irəli sürülmüş 13 nəfərdən 8-i qeydə alınıb. Qeydiyyata alınan 8 namizəddən 6-i siyasi partiyaları təmsil edir. Bu da seçkilərin rəqabətli və alternativ seçim imkanlarının mövcud olduğu mühitdə keçdiyindən xəbər verir.

Siyasi partiyalara, namizədlərini irəli sürən şəxslər və bütün maraqlı  tərəflərə qanunvericiliklə qadağan edilməyən bütün növ fəaliyyətlərin həyata keçirilməsinə şərait yaradılıb. İcra hakimiyyəti strukturlarının, yerli özünüidarəetmə  orqanları və seçki adminstrasiyasının qanun çərçivəsində  fəaliyyət göstərdiyi və kənar müdaxilələrin olmadığı  qeydə alınıb.

İmzatoplama kampaniyası sakit məcrada, qanunvericiliyin tələblərinə əməl olunmaqla keçib. Seçki adminstrasiyası və yerli icra hakimiyyəti orqanlarının kampaniyaya müdaxiləsi ilə bağlı heç bir fakt qeydə alınmayıb.

İnternet media və sosial şəbəkələr seçki marafonuna qoşulan siyasi partiya və namizədlərin fikirlərini və mövqelərini sərbəst şəkildə açıqlamaq imkanlarını genişləndirib. Alternativ informasiya mənbələri yaradıb. Bütün bunlar isə ümumilikdə, media və ifadə azadlığının hüdudlarını daha da genişləndirib.Söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı sahəsindəki vəziyyət fikir plüralizmi, açıq debatlar, müzakirələr, polemikalar üçün geniş imkanlar yaradıb.

Seçkilərin demokratik keçirilməsinə zəmin yaradan əsas amillərdən biri də yüksək seçici fəalllığı olub. Əvvəlki seçkilərlə müqayisədə seçicilərin seçki prosesi, müşahidəçilik, səsvermə prosedurları barədə  daha məlumatlı olduqları müşahidə edilib. Bu isə  seçkilər zamanı vətəndaş nəzarətinin daha yüksək səviyyədə olmasını şərltəndirib.

Sərbəst toplaşmaq azadlığı hüququnun reallaşdırılması ilə bağlı geniş imkanlar yardılıb. Bütün ölkə ərazisində seçicilərlə görüşlər və kütləvi tədbilər üçün müvafiq yerlər (açıq havada və toplantı zalları) ayrılıb. Namizədlər və siyasi partiyalar  kütləvi tədbilərin keçirilməsinə fəallıq nümayiş etdiriblər.  Müxalif partiyalarların paytaxtda 2 mitinqi baş tutub.

Seçkilərin yerli və xarici müşahidəçilər tərəfindən izlənilməsi üçün tam şərait yaradılıb. Sadə qeydiyyat prosedurları  müşahidəçi kimi vətəndaşların seçkini izləməsinə əlverişli şərait yaradıb. Məntəqələrin beşdə birinin veb-kameralarla təchiz olunması öz növbəsində seçkilərin yerli və xarici müşahidəçilərin ciddi nəzarəti altında keçməsini şərtləndirib.

Səsvermə günü məntəqələrdə prezidentliyə namizədlərin vəkillərinə, müşahidəçilərinə və məşvərətçi səs hüquqlu məntəqə seçki komissiyalarının üzvlərinə normal və maneəsiz şərait yaradılıb. Eləcə də mətbuatın səsvermə prosesini izləməsi zamanı hər hansı problem qeydə alınmayıb. Həmçinin, müşahidə aparılan məntəqələrin əksəriyyətində "exit-poll"un keçirilməsi qeydə alınıb.

Məntəqələr üzrə gün ərzində yüksək seçici fəallığı müşahidə edilib, həmçinin xarici müşahidəçilər geniş heyətdə seçkiləri izləyiblər. Seçkiləri müşahidə etmək üçün xarici ölkələrdən gəlmiş beynəlxalq uzunmüddətli və qısamüddətli müşahidəçilər dairə və məntəqələrdə fəaliyyətlərini sərbəst qurub, gün ərzində seçki prosesini yaxından izləyiblər”.

"Kosntitsuiya”   Araşdırmalar Fondunun Bəyantında ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun  (DTHB)  Seçki Müşahidə Missiyasının Rəyinin qərəzli olduğu vurğulanıb:

"Çox təəssüf ki, əksər beynəlxalq müşahidəçilərin və müşahidə missiyalarının da qeyd etdiyi bu faktlar ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun  (DTHB)  Seçki Müşahidə Missiyasının Rəyində kiafyət qədər ətraflı əks olunmayıb. Bu  Rəy əsas etibarı ilə  Azərbaycandakı proseslərə birtərəfli baxışıəks etdirir,  bəzi epizodların kontekstdən çıxarılaraq qabardılması isə qərəzli yanaşmadan xəbər verir. Bu Azərbaycana qarşı siyasi təzyiq təəssüratı yaradır və vətəndaş cəmiyyəti tərəfindən təəssüflə qarşılanır. 11 aprel prezident seçkiləri haqqında reallıqdan uzaq, sırf subyektiv qənaətə söykənən və konkret qrupların maraqlarını ifadə edən fikirlərin heç bir obyektiv əsası yoxdur. Belə  təssürat yaranır ki, Rəydə irəli sürülən fikirlər obyektivliyi gözləməli olan Müşahidə Missiyasının konkret faktlara, sübut və dəlillərə əsalanan mülahizələrini deyil, konkret mövqeyi müdafiə edən siyasi icmalçının analizidir. Eyni zamanda ATƏT DTHB Missiyasının Rəyinin açıqlanmasından əvvəl onun məzmunu barədə bir sıra yerli QHT-lərin məlumatlı olması, ayı-ayrı hissələrinin əvvəlcədən bəzi şəxs və QHT-lər tərəfindən yayılması bu sənədin öncədən hazırlandığı, yaxud başqa hesabatdan köçürülməsi  ilə bağlı şübhələri möhkəmləndirir.

Bir daha bəyan edirik ki, bu fikirlər reallıqdan uzaqdır və Azərbaycana münasibətdə yalnız qərəzli münasibətin göstəricisi sayıla bilər. Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri ümid edir ki, ATƏT DTHB-in Yekun Rəyində bu məsələlər nəzərə alınacaq və obyektiv yanaşma nümayiş etdiriləcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR