16-04-2018 [16:03]
AXCP-nin hökmranlığı altındakı Milli Şura ilə Müsavat Partiyasının birgə təşkilatçılığıyla keçirilən 14 aprel mitinqi bu siyasi təşkilatların real mübarizə imkanları və perspektivləri haqda yekun qiymətləndirmə aparmaq üçün, demək olar ki, sonuncu test – aksiya oldu. Çünki, necə deyərlər, "atalar üçdən deyib” və siyasi təhlilçilər bundan əvvəl keçirilən iki aksiyanı – 10 mart və 31 mart mitinqlərini də diqqətlə izləməkdəydilər.
Əksəriyyətin öyrənmək və bilmək istədiyi o idi ki, uzun illər müxalif düşərgənin liderliyi uğrunda bir-biriylə amansız rəqabət aparmış bu iki siyasi təşkilat – AXCP və Müsavat yeni dövrdə meydana hansı resurs və təqdimatla çıxacaq.
Burada "yeni dövr” dedikdə, o mərhələni nəzərdə tuturuq ki, AXCP – Müsavat ittifaqının birgə aksiyalarının təşkili xüsusən də ölkənin 2016-cı ildə qəbul edilmiş yeni Konstitusiya dəyişikliklərindən sonra keçirilən ilk prezident seçkisi ərəfəsinə təsadüf edirdi və bu ərəfədə ortaya qoyulan güc, nümayiş etdirilən təqdimat həm cəmiyyətin bu dəyişikliklərə reaksiyasını, həm də növbəti mərhələdə ortaya çıxacaq siyasi qüvvələrə münasibətini və onların sırasını, düzənini müəyyənləşdirmək baxımından çox önəmli idi.
Bu səbəbdən, xüsusən də AXCP-Müsavat ittifaqının 3 zəruri istiqamət üzrə fəaliyyəti son iki ay ərzində bütün siyasi ekspertlərin diqqətində saxlanılırdı və aşağıdakı suallara aydın cavablar axtarılırdı:
1. AXCP-Müsavat ittifaqı 2018-ci ilin prezident seçkiləri ərəfəsində meydana əvvəlki dövrlərdən fərqli hansı resurslarla, nə kimi yeniliklərlə çıxacaq?
2. Hələ rəhmətlik Elçibəyin prezidentliyi dönəmində bünövrəsi qoyulmuş və sonra da illər uzunu müxalifət düşərgəsini parçalanmış durumda saxlayan Əli Kərimli-Arif Hacılı intriqası İsa Qəmbərsiz dönəmdə AXCP-Müsavat münasibətlərinə necə təsir göstərəcək: Əli Kərimli və Arif Hacılı birgə əməkdaşlıqda səmimiyyət nümayiş etdirə biləcəklərmi?
3. Özlərini "real müxalifət” sayan bu ittifaq cəmiyyətdə nə kimi hərəkətlənmələr yaradacaq, yeni iqtisadi-siyasi şəraitdə əhalinin narazı kəsiminə hansı formada xitab və təsir edəcək?
İndi, demək olar ki, artıq hər 3 istiqamət üzrə suallara aydın və konkret cavablar alınıb. Və nə yazıq ki, bütün gözləntilərə, hətta ən qeyri-real təxmin və ehtimallara baxmayaraq, ənənəvi müxalifətin avanqardının – AXCP-Müsavat ittifaqının hər üç istiqamətdə ortaya qoyduğu nəticəyə bircə cavab var: İFLAS!!!
Çox uzatmadan və müxalifətin hava şəriatinin pisliyindən tutmuş hakimiyyətin repressiv tədbirlərə əl atmasınadək bütün bəhanələrini də bir kənara ataraq, hər 3 istiqamət üzrə faktların nələri dediyinə baxaq:
Birincisi, ortaya çıxdı ki, həm Müsavat, həm də AXCP, az qala, 30 ilin siyasi təşkilatları olsalar da və özlərini cəmiyyətə bütün siyasi təşkilatların fövqündə olan güc kimi təqdim etsələr də, yeniləşə, cəmiyyətə açıla, yeni resurslarla və yeni insanlarla ortaya çıxa bilmirlər.
Bu fakt hər 3 mitinq boyu aşkar nəzərə çarpdı və hətta təşkilatçılar tərəfindən də etiraf olundu ki, aksiyada iştirak edənlər yenə də ənənəvi müxalifət partiyalarının sıraları get-gedə seyrələn üzvləridir – yeni adamlar aksiyaya ya gəlmir, ya da gəlirlərəsə də sayları hədsiz dərəcədə azdır.Sosial şəbəkələrdəki müzakirələrdən və paylaşımlardan isə aydın olur ki, aksiyaya "yenilər” kimi qatılanların və radikal şüarlar yazılmış plakatları əllərində tutmağa çalışanların böyük əksəriyyəti Avropaya mühacirətə getmək arzusunda olanlardır – onlar AXCP və Müsavatın aksiyalarında iştiraka, bir növ, Avropaya açılan qapıya "buraxılış vərəqəsi” kimi baxırlar…
İkincisi, hər 3 aksiya bir daha sübut etdi ki, Müsavatla AXCP-nin, Əli Kərimli ilə Arif Hacılının və tərəfdarlarının bir-birlərinə olan qarşılıqlı nifrəti, aralarındakı aşkar rəqabət və qısqanc münasibət heç bir halda gömülən deyil, əksinə, hər an körüklənməyə hazır ocağa bənzəyir.
Baxmayaraq ki, Müsavat Partiyası aksiyalarda meydana daha çox adam çıxarmağa nail olmuşdu və ancaq hər 3 aksiya boyu Əli Kərimlinin və AXCP-nin Arif Hacılı və Müsavat üzərindəki qısqanc mövqeyi aşkar nəzərə çarpdı. Belə ki, həm mitinqlərin aparıcısının, həm də ilk çıxışçının AXCP-dən olması sosial şəbəkələrdə hazırda qızğın müzakirə predmetinə çevrilib və AXCP sədri müsavatçılar tərəfindən açıq şəkildə Müsavatın kölgəsində aksiya keçirməkdə və Arif Hacılının sakit, anlaşmaya sadiq mövqeyindən sui-istifadədə təqsirləndirilir…
Və nəhayət, üçüncüsü, 10 mart, 31 mart və 14 aprel aksiyaları həm də onu təsdiqlədi ki, problemləri olan narazı insanların mövculuğuna baxmayaraq, cəmiyyət ənənəvi müxalifət partiyaları, xüsusən də Müsavat və AXCP-ni öz maraqlarının qoruyucusu, müdafiəçisi kimi görmür, bir sözlə, ona inanmır, etibar etmir…
İndi sadə Azərbaycan vətəndaşı bir suala cavab arayışındadır: ölkədə hakimiyyəti dəyişmək və onu idarə etmək iddiasında olanlar bir mitinqin təşkilatçılığında bu qədər zəiflik göstəririlərsə, gör, hələ əllərinə hakimiyyət düşsə, nə vəziyyət yaranar?
Çox təəssüf ki, bizim müxalifət liderləri zamanında geri çəkilə bilmək hissini və özünə tənqidi yanaşmaq qabiliyyətini itirdiklərindən, iflasa uğradıqlarının və cəmiyyətlə bağlarının tamamilə qopduğunun hələ də fərqində deyillər…
Mitinqdə qaldırılmış bir şüarda yazıldığı kimi: "Siz düzələn deyilsiniz!”
Strateq.az
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə