ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide “Onların qazını kəssə, “Azəriqaz”ın dədəsini yandırarlar” - Komitə sədrindən ağır ittihamlar - mia.az
Şriftin ölçüsü / 1010 dəfə oxunub

“Onların qazını kəssə, “Azəriqaz”ın dədəsini yandırarlar” - Komitə sədrindən ağır ittihamlar

16 Aprel 2018 [15:54]
Həftə sonu Bakıda qazın təzyiqinin aşağı olması, yaxud da bəzi yerlərdə ümumiyyətlə olmaması əhali arasında narazılıq yaradıb. Paytaxt sakinlərinin əksəriyyəti evlərin soyuq olmasından şikayətçidir.

Bir çoxu havaların bir müddət isti keçməsi ilə əlaqədar "Azəriqaz”ın qazın təzyiqini aşağı saldığını, hava qeyri-sabit keçdikcə isə təzyiqi artırmadığını, bu səbəbdən də evlərdə qazın olmadığını iddia edir.

Məsələ ilə bağlı "Azəriqaz” İB mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev kütləvi halda şəhərdə qaz probleminin olması haqda xəbərləri təkzib edib. Bildirib ki, fərdi mənzillər istisna olmaqla, paytaxt və ətrafı kəndlərində qazın verilməsində hər hansı bir fasilələr yaranmayıb.

Bu sahə üzrə mütəxəssis, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı BakuPost-a açıqlamasında Bakıda qaz çatışmazlığı yaşandığını təsdiqləyib. O bildirib ki, "Azəriqaz” buna səbəb kimi qaz xəttində təmir getdiyini göstərsə də, təmirin hansı ərazidə aparıldığını açıqlamır: "O təmir harada gedir, hansı ərazidə gedir, əhaliyə açıqlanmır. "Azəriqaz”la istehlakçı arasında imzalanan müqavilədə yazılıb ki, əhali normal standartlara uyğun təzyiqlə 7/24 qazla təmin olunacaq. Ona görə də "Azəriqaz”ın problemlərinin abonentə dəxili yoxdur. Abonent qazla təmin olunmalıdır. Lakin heç kim "Azəriqaz”ı həmin öhdəliyi yerinə yetirmədiyi üçün kütləvi şəkildə məhkəməyə vermir. Əhali şikayət eləsə, əsaslandırsa ki, müqavilə şərtləri yerinə yetirilmir, hansı ziyan dəyib, "Azəriqaz”ı məhkəmə yoluyla cərimələmək olar. Ona görə də əhali kütləvi şəkildə məhkəməyə müraciət etməlidir”.


M. Qəhrəmanlı havaların yaxşı olması səbəbindən qazın təzyiqinin aşağı salınması versiyalarını uydurma adlandırıb:"Bu versiyalar uydurmadır. Abonenti bu şeylər maraqlandırmır. Elektron tipli sayğaclardan istifadə edən əhali əvvəlcədən işlətmədiyi qazın pulunu ödəyir. Ən çox itki işlətdikdən sonra qazın pulunu verən əhalidə olur. İtkinin səbəbini də əsasən istixanalarda axtarsınlar. Nə bir restoran, nə bir istixana, nə də broyler sexləri qazsız qalır. Yoxsa onların dədələrini yandırarlar. Əgər qaz yoxdursa, onlara qaz necə verilir? İndi də Avropaya qaz ixrac etmək istəyirlər. Qazımız kifayət qədər var, amma o qazı hara edirlər, necə edirlər bilinmir.

Qazın niyə olmamasının səbəbini Əkbər ("Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevi nəzərdə tutur – red.) bilir, Dövlət Neft Şirkətinin Qaz Təsərrüfatına cavabdeh nümayəndəsi Vəfa Qurbanov bilir. Onların nə qazı kəsilir, nə də qazlarının təzyiqi aşağı düşür”.

Hüquq müdafiəçisi qazın olmamasının səbəbi ilə bağlı öz versiyasını da səsləndirib:"Düşünürəm ki, bu, qazda olan itkiylə əlaqədardır. Bakı şəhəri üzrə olan səhv etmirəmsə, 29 faizlik qaz itkisini əhalinin sosial müdafiəsiz qalmış hissəsinin hesabına bağlamaq istəyirlər”.

"Azəriqaz”ın yay rejiminə keçməsi məsələsindən də danışan M. Qəhrəmanlı deyib ki, bu da bir fırıldaqdır:"Yay-qış rejiminə keçmə özü də onların fırıldağıdır. Bildiyim qədərilə isə elə bir şey yoxdur. Lap varsa da, bunun abonentə dəxili yoxdur. "Azəriqaz” öhdəliyini yerinə yetirməlidir, öhdəliyini yerinə yetirməyən qurum, yaxud şəxs isə cəzalanmalıdır. Ümumilikdə isə "Azəriqaz” Dövlət Neft Şirkətinin strukturundan çıxarılmalıdır. Özəl şirkətə çevrilməlidir. Qohum, əqrəba, tanışlar hamısı şirkətdən uzaqlaşdırılmalıdır. Təmiz quruma çevrilməlidir. Yoxsa əhalinin başında corab hörəcəklər”.



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR