İstedadlı pedaqoqlar və mükəmməl bir ailənin övladları...

img

16-04-2018 [15:21]


Səxavət Tağlar, 
Əməkdar müəllim, yazıçı

***

İstedadlı pedaqoqlar, dəyərli təhsil təşkilatçıları, mükəmməl bir ailənin övladları --Həqiqət və Sədaqət bacıları, gözəl və gənc xanımlar, müəllim həmkarlarım! Sizi ad gününüz-şad gününüz münasibətilə qəlbən təbrik edirəm. 

Atanız Əvəz Şükürov xalqımızın qeyrətli bir övladı, hər zaman dövlətinə, xalqına, Vətəninə və Heydər Əliyev siyasi kursuna, mən deyərdim ki, Heydər Əliyev ailəsinə sədaqəti ilə xatırlanır. Azərbaycan iqtisadiyyatının yüksəlişində, Kəlbəcərdə kənd təsərrüfatına yeni texnalogiyaların tətbiqində və gənc kadrların yetişməsində Əvəz kişinin (ona hər zaman Əvəz kişi deyə müraciət ediblər) rolu danılmazdır. Allah o müdirik atanıza rəhmət eləsin! Milli Qəhrəmanımız, ruhu hər zaman bizim üçün əziz olan qardaşınız Şahlar Şükürov gənclərimizə bir nümunə, bir örnəkdir...Vətənpərvərlik nümunəsi, Vətənpərvərlik örnəyi.... 

... İstedadlı gənclər, mükəmməl pedaqoqlar olan Həqiqət və Sədaqət bacıları!

Sizlər şərəfli müəllimlik peşənizlə fəxr edin! O peşədə ananız Azərbaycanın tanınmış pedaqoqu Roza xanım fəxarət ünvanına yüksəlmişdi...Ən böyük arzusu da Sizləri indiki səviyyədə, öndə, olduğunuz kimi gözəl, ailəcanlı və Vətəninə sədaqətli görmək olmuşdur...

Bu əziz gününüzdə fikirim uzaqlara getdi. Ulu Tanrı əsl Azərbaycan kişisi olan atanıza da, onun ömür-gün yoldaşına, sevimili ananıza da, Milli Qəhrəmanımız, əziz qardaşınıza da rəhmət eləsin!

Əziz bacılar! Bizim üçün sevimli və istəkli xanımlar! 

Həyat davam edir. Bir mükəmməl ailənin yolçuları olan Sizlər yenə örnəksiniz, nümunəsiniz! Ailədən gələn şərafət yolunuza nur saçır...Hər zaman nurlu olun! Yeni yaşınız mübarək! Ən xoş, ən səmimi arzularımız Sizinlədir...

Təbrik edirik!

Digər xəbərlər
SON XƏBƏRLƏR