"Həyatım çox təlatümlərlə keçib" - Partiya sədrindən açıqlama

img

16-04-2018 [15:04]


Bu gün prezidentliyə namizəd, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin doğum günüdür. H.Hacıyevın 62 yaşı tamam olur.

Moderator.az-ın əməkdaşı Hafiz Hacıyevə zəng edərək əvvəlcə təbrik edib, sonra fikirlərini öyrənib. Təbrik üçün minnətdarlığını bildirən H.Hacıyev Moderator.az-a açıqlamasında deyib ki, bu yaşa gəlib çatmaq üçün çox enişi-yoxuşlu yollar keçib:

"Bu yaşa gəlib çatmaq üçün çox ağırılı yollar keçmişəm. Ölkəmizin yaxşı günündə sevinmişik, pis günündə isə xalqımızın yanında olmuşuq. Həyatım çox təlatümlərlə keçib. Millətimi sevdiyimə görə bəzən təzyiqlərə məruz qalmışam. Ən xoş günlərim gənclik illərimdə katib işlədiyim dövrlər olub”.

H.Hacıyev deyib ki, ən çətin günləri torpaqlarımız işğal olunanda olub:

"Ən çətin günlərimiz öz el-obamızdan ermənilər tərəfindən deportasiya olunanda və bir də Dağlıq Qarabağda erməni dığaları baş qaldırıb bir-birinin ardınca torpaqlarımızı işğal etdiyi dönəmlərdə olub. Amma bircə təsəllim odur ki, bütün həyatımı millətim, xalqım üçün sərf etmişəm. İşlədiyim dövrlərdə xalqım üçün əlimdən gələn nə varsa, etmişəm. Həmişə sevinirəm ki, xalqımızın, dövlətimizin yanındayam. Ümid edirəm ki, millətimizin yaxşı günləri hələ qabaqdadır və biz bütün çətinlikləri dəf edərək daha xoş günlərə çıxacağıq. Bütün hallarda həyatımdan narazı deyiləm. Allaha, verdiyi ömür payına çox şükür”.


Digər xəbərlər
SON XƏBƏRLƏR