"Bizə heç kim “sus” deyə bilməz..." - Ərdoğandan Qərbə ismarıc

img

16-04-2018 [14:22]


"Türkiyənin heç kimin torpağında gözü yoxdur. Təşkil olunan əməliyyatın 2 məqsədi var: Birincisi, ölkəmizə qarşı yönələn təhdidləri aradan qaldırmaq, ikincisi, qaçqınlar üçün Suriyada təhlükəsiz və rahat bir bölgə yaratmaq".

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə sahibkarlarının qurultayında deyib.

"Cənab Tramp da ifadə etdi. Trilyonlar barədə danışdı köhnə Buş, ata deyil, oğul Buş. Baş nazir olduğum zaman hakimiyyətdə o idi. İraqı ilk olaraq onlar vurdular. Sonra Obama eyni şəkildə davam etdirdi. Bir çox şeyləri yenidən müzakirə etdik. Bu mövzuda təcrübəmiz kitabda formalaşır. İnşallah, qələmə alıb, həqiqətləri ortaya qoyacağıq. Avropanın qaçqınların miqrasiyasına qarşı həyəcanını və insanlıqdan kənar tədbirlərini unuda bilmərik. Suriya ilə 911 kilometr sərhədimiz var. İlk vurduqları yer biz oluruq. Bizə heç kim "sus” deyə bilməz. 12 min kilometr məsafədən bura niyə gəlirlər? Avropadan bura vurmaq üçün niyə gəlirlər? Bunların hamısı düşündürücüdür”, - Ərdoğan bildirib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR