İranın nüvə obyektləri yoxlanıldı - Rusiya tərəfindən

img

16-04-2018 [13:58]


Rusiyanın "Rosatom” şirkətinin mütəxəssisləri İranın Fordo nüvə obyektində yoxlamalar keçirib.

Trend-in məlumatına görə, yoxlama Rusiya-İran birgə qaz sentrifuqaları kaskadının yenilənməsi ilə bağlı aparılıb.

Qeyd olunur ki, bu proses İranla beynəlxalq "altılıq” ölkələri arasında 2015-ci ildə əldə olunmuş birgə hərtərəfli fəaliyyət planına əsasən keçirilib.

Həmin nüvə obyektindəki iki kaskad 174 sentrifuqadan ibarətdir.

Bu yoxlamaların gələcəkdə də keçiriləcəyi bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR