Hafiz Hacıyev üçün özəl gün - 62 yaşı tamam olur

img

16-04-2018 [12:17]


Bu gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 62 yaşı tamam olur. 

Hacıyev Hafiz Ələmdar oğlu (d.16aprel 1956; Zod, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ) — siyasətçi; Müasir Müsavat Partiyasının sədri. Hafiz Hacıyev 1956-cı ilin aprel ayının 6-da Ermənistan SSR Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1962-63-cü dərs ilində Zod kənd orta məktəbinə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirmiş və Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Zoomühəndis fakültəsinə daxil olmuş, 1979-cu ildə həmin ali məktəbi bitirmişdir. 1988-ci ildən biologiya elmləri namizədidir. 1979-cu ildən 1982-ci ilədək Azərbaycan LKGİ Kəlbəcər rayon komitəsində təşkilat şöbə müdiri və rayon komitəsinin II katibi işləmiş və I katibi əvəz etmişdir. 1982-1989-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində balıqçılıq şöbəsinin ixtioloqu və şöbə müdiri əvəzi, şöbə müdiri, Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində balıqçılıq idarəsinin rəisi, 1989-90-cı illərdə Respublika Embrionköçürmə Mərkəzinin direktoru, Respublika Süni Mayalanma Mərkəzinin direktoru vəzifələrində, 1991-1992-ci illərdə "Azərbalıq" İstehsalat Kommersiya Assosiasiyasının sədr müavini və sədri vəzifələrində, 1992[1]-1993-cü[2] illərdə Azərbaycan Respublikasının "Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri vəzifəsində çalışmışdır. 2001-ci ildə Müasir Müsavat Partiyasının I (təsis) Qurultayında və 2003-cü ildə həmin partiyanın II Qurultayında partiyanın sədri seçilmişdir. 2001-ci ilin noyabrında "Müasir Müsavat" qəzetini təsis etmiş, hazırda həmin qəzetin təsisçisi və baş redaktorudur. 2003-cü il 15 oktyabr, 2008, 2013, 2018 keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi irəli sürmüşdü. Hazırda Hafiz Hacıyev Müasir Müsavat Partiyasının lideridir.





Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub