Ağ Evdən Makronun bəyanatı yalanlandı, bölgə müttəfiqlərinə mesaj verildi: "Suriyadan geri çəkiləcəyik..."

img

16-04-2018 [09:17]


Fransa prezidenti Emmanuel Makronun "ABŞ prezidenti Donald Trampı Suriyada qalmağın vacibliyinə inandırdıq" bəyanatına Ağ Evdən təkzib gəlib.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evin  mətbuat katibi Sara Sanders Makronun bəyanatını yalanlayıb.

O, deyib ki, Tramp Suriyadakı Amerika əsgərlərini geri qaytarmaq fikirində qərarlıdır: "ABŞ-n Suriyadakı missiyası dəyişmədi. Prezident Tramp Amerika hərbçilərinin mümkün qədər daha qısa zamanda evlərinə dönmələrini istədiyini çox açıq şəkildə bəyan edib".

Sanders qeyd edib ki, hazırda Suriyada ABŞ ordusunun qalmasının yalnız bir məqsədi var: "Bu, İŞİD=lə mübarizədir. İŞİD-i tamam məhv etmək və bununla da geri çəkilmək məsələsini əngəlləyən bütün problemləri həll etməkdə qərarlıyıq. Bununla yanaşı, bölgədəki mütəffiqlərimizdən bu bölgənin təhlükəsizliyini təmin etmək üçün həm hərbi, həm də maliyyə baxımdan daha ciddi yükün altına girmələrini də gözləyirik".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR