"Qalatasaray" “Medipol Başakşehir”i belə məğlub elədi - VİDEO
16 Aprel 2018 [08:51]
Türkiyə Superliqasının 29-cu turunda "Qalatasaray" "Medipol Başakşehir”i qəbul edib.
Mia.az xəbər verir ki, liderlik uğrunda gedən mübarizədə "Qalatasaray” rəqibindən üstün oynayıb.
Belə ki, "Aslan"lar iki top fərqi ilə rəqibini məğlub edərək, liderliyə yüksəlib: - 2:0
Bununla da "Qalatasaray” xalını 60-a çatdıraraq vahid lider olub. Sonrakı iki yeri 59 xala malik "Beşiktaş” və "Başakşehir” bölüşdürür. "Fənərbaxça" isə 4-cü pillədədir.