Şriftin ölçüsü / 743 dəfə oxunub

Şamaxıya güclü qar yağdı - FOTOLAR

15 Aprel 2018 [20:17]
Şamaxı rayonunda iki gündür davam edən güclü leysan yağışları bu gün sulu qar, günün ikinci yarısından etibarən isə qarla əvəzlənib.

Mia.az report-a istinadən xəbər verir ki, yağıntı ən çox rayonun dağlıq ərazilərinə düşüb.

Pirbəhli, Qızmeydan, Dəmirçi, Zarat və Ərçiman dağ kəndlərində qarın qalınlığı 10-20 sm təşkil edib.

Qarın yağması nəticəsində yeni çiçəkləməkdə olan meyvə ağaclarını şaxta vurub.

Qeyri-sabit hava şəraiti avtomobil yollarına təsir etməyib. Şamaxı-Pirqulu, Şamaxı-İsmayıllı, Şamaxı-Ağsu və Şamaxı-Bakı yolu işlək vəziyyətdədir.



SON XƏBƏRLƏR