“Atatürkün heykəlini uçurdanlar dərhal cəzalanmalıdır!”

img

15-04-2018 [19:05]


Türkiyə Cümhuriyyətinin quruçusu Mustafa Kamal Atatürkün Türkiyədə heyəkəlinin uçurdulması Azərbaycanda da mənfi qarşılanıb. 

Bununla bağlı Mia.az saytına açıqlama verən BAXCP funksioneri, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, qardaş Türkiyədə baş verən hadisəni Azərbaycan cəmiyyəti də çox mənfi qarşılayıb : 

"Təbii ki, biz bunu mənfi qarşıladıq və baş vermiş hadisəni şiddətlə qınayırıq! Böyük Müstafa Atatürk tək osmanlı türklərin öndəri, lideri deyil. Kamal Paşamız bütün dünya türklərinin lideridir! O, 1-ci cahan savaşında bütün dünya qalıb gəlmiş türk PAŞASIdır! Çağdaş dünyada Türk adının və dövlətinin yaşaması birbaşa Atatürklə bağlıdır! Bu gün biz də bir oğuz türkü olaraq böyük Atatürkə mənən borcluyuq. Atatürk 1918-ci ildə erməni-daşnak cəlladlarının Azərbaycanda törətdiyi soyqırımının qarşısını almış şəxsiyyətdir. Onun tapşırığı ilə Osmanlı ordusunda vuruşan türk əsgərləri Azərbaycanı xilas etmək üçün göndərilir. Nuru Paşanın rəhbərliyi alıtında yaradılan Qafqaz İslam Ordusu Azərbaycan türklərini xilas edir. Biz bir millət olaraq heç zaman bunu unutmarıq! Nuru Paşa Bakını ermənilərdən işğal etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti elan edilir. Böyük Atatürk Azərbaycanı da XİLAS etmiş xilaskardı! Düşünürəm ki, qardaş Türkiyə rəsmiləri baş vermiş hadisəni qısa zaman ərzində araşdıracaq və bu cür təxribatları törədənləri qanun qarşısına çıxardacaq! Bunu edənlər bilsinlər: ATATÜRK 350 molyonluq TÜRK xalqının üyərində özünə böyük heykəl ucaldıb!”.
47




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR