Şriftin ölçüsü / 462 dəfə oxunub

Müstəqil Ekspert Qrupu İlham Əliyevi və Azərbaycan xalqını təbrik edir!

15 Aprel 2018 [17:05]
2018-ci ilin prezident seçkiləri Azərbaycan Respublikasının tarixində keçirilən bütün seçkilərdən daha azad, daha ədalətli, daha şəffaf və demokratik bir şəraitdə keçirildi.

Prezidentliyə namizədliyini irəli sürən şəxsəlrin hamısı qeydiyyata alınmışdı.
Prezidentliyə namizədlərin teledebatları Azərbaycan cəmiyyətinə yeni fikir və ideyalar verdi.
Teledebatlar tam azad və demokratik şəraitdə keçirildi.
Prezidentliyə namizədlərin Azərbaycanın şəhərlərində azad və demokratik şəraitdə görüşlərinin keçirilməsinə böyük imkanlar yaradıldı.
Yuxarıda deyilənlər göstərir ki, prezidentliyə namizədlərin hamısına bərabər imkanlar yaradılmışdı.
Bu ilki seçkidə müşahidəçilərin bolluğu diqqəti cəlb edirdi.
Həm seçki öncəsi prosesdə, həm də seçki günü polisin və icra hakimiyyətlərinin seçkilərə hər hansı müdaxiləsi olmadı.
2018-ci ilin prezident seçkilərini həm Azərbaycanda, həm də digər ölkələrdə keçirilən seçkilərə nümunə adlandırmaq olar.
Prezident seçkiləri haqqında belə yüksək fikirləri səsləndirməyə özümü ona görə haqlı hesab edirəm ki, mən və rəhbəri olduğum Müstəqil Ekspert Qrupu 2018-ci ilin prezident seçkilərində olduqca geniş coğrafiyada hərtərəfli , sistemli və əhatəli fəaliyyət göstərdik.
Seçki öncəsi prosesdə fəaliyyətimiz aşağıdakı sahələri əhatə etdi:
1.Seşki öncəsi prosesin müşahidələrini apardıq
2.Seçki öncəsi prosesin monitorinqini apardıq
3.Seçki öncəsi prosesdə sorğular keçirdik

Qrupumuzun fəaliyyəti Azərbaycanın aşağıda göstərilən şəhər və kənd rayonlarını əhatə etdi:
1. Bakı şəhərinin Yasamal rayonu
2. Bakı şəhərinin Binəqədi rayonu
3. Bakı şəhərinin Nəsimi rayonu
4. Bakı şəhərinin Səbail rayonu
5. Bakı şəhərinin Nərimanov rayonu
6. Şirvan şəhəri
7. Sumqayıt şəhəri
8. Mingəçevir şəhəri
9. Gəncə şəhəri
10.Qəbələ rayonu
11.Ağdaş rayonu
12.Qazax rayonu
13.Ağstafa rayonu
14.Tovuz rayonu
15. Şəmkir rayonu
16. Ucar rayonu
17. Göyçay rayonu
18. Quba rayonu

Ümumilikdə 300-dən çox seçki məntəqələrində və onların ərazilərində apardığımız müşahidələr, monitorinqlər və sorğular göstərdi ki,
Azərbaycanda seçkiyə hazırlığın səviyyəsi yüksəkdir.
Azərbaycanda şəffaf və demokratik seçki keçiriləcək.
Azərbaycan xalqı hamılıqla İlham Əliyevi prezident seçəcək.
Seçki öncəsi prosesdə 300-dən çox seçki məntəqəsinin ərazisində 3400 respondent arasında şifahi sorğunun nəticələri göstərdi ki, seçkiyə gələn 98%-i İlham Əliyevə səs verəcək.

Seçki günü Müstəqil Ekspert Qrupumuz Bakı, Sumqayıt şəhərlərinin 70-ə yaxın məntəqəsində seçki prosesini izlədi. Müşahidələrimiz həm də Respublikamızın digər şəhər və rayonlarında keçirilməklə 250-yə yaxın məntəqəni əhatə etdi. Məntəqələrin heç birində qanun pozuntuları olmadı. Seçkiyə nə polis, nə icra hakimiyyətləri, nə də namizədlrin nümayəndələri müdaxilə etmədilər.
Seçki günü seçici fəallığı çox yüksək oldu.
Seçki başlayan andan saat 12-yə kimi seçki məntəqələrinin hamısında seçkiyə gələnlərin uzun növbələri yaranmışdı.
Saat 12 ilə 14 arasında nahar fasiləsi ilə əlaqədar olaraq seçici fəallığı aşağı düşdü.
Saat 14 ilə 19 arasında seçici fəallığında sabit vəziyyət müşahidə olundu.

İlham Əliyev Azərbaycan xalqının mütləq əksəriyyətinin iradəsilə yenidən prezident seçildi.

İlham Əliyevi və onu Prezident seçən Azərbaycan xalqını öz adımdan və Müstəqil Ekspert Qrupumuz adından təbrik edirəm!
Seçkilərin Azərbaycana və hər bir Azərbaycan vətəndaşına xeyirli olmasını arzu edirəm!
Arzu edirəm tezliklə Qarabağı azad edək!
Arzu edirəm Azərbaycan tezliklə insan rifahı yüksək olan ölkələrin birinci onluğuna yüksəlsin!
Arzu edirəm bu yolda hamımız birgə çalışa bilək!
Arzu edirəm hamımız prezidentimizin ətrafında sıx birləşək!
Arzu edirəm Azərbaycanın bütün problemlərini Prezidentimiz İlham Əliyevlə birgə həll edək!
Sonda Müstəqil Ekspert Qrupumuzun bütün üzvlərinə seçki prosesində göstərdikləri möhtəşəm fəaliyyətlərinə görə dərin minnətdarlığımı bildirirəm, var olun deyirəm!

Prezident seçkiləri prosesinin bütün mərhələlərində, dövlətimizi sevən, fəaliyyətimizi işıqlandıran bütün KİV-lərə və onların rəhbərlərinə dərin təşəkkür və minnətdarlığımı bildirirəm, var olun deyirəm!

Prof.Dr. Qüdrət İsaqov
Müstəqil Ekspert Qrupunun rəhbəri,
2008 və 2013-cü illərdə Azərbaycan Prezidentliyinə namizəd



SON XƏBƏRLƏR