İranda Firuz Mustafanın iki kitabı nəşr edilib

img

15-04-2018 [17:00]


Yazıçı-filosof Firuz Mustafanın bədii və elmi əsərləri tez-tez ölkəmizin sərhədlərindən kənarda nəşr edilir, dramları öz uğurlu səhnə taleyini yaşayır. Ötən il onun pyesləri Rusiya və Türkiyə tetrlarında səhnələşdirilmiş, nəsr əsərləri özbək, tatar və ukrayna dillərində nəşr edilib.

Bu günlərdə İranda tanınmış fikir və söz adamının dram əsərlərindən ibarət iki kitab çap olunmuşdur. "Çardaqda zirzəmi” və "Marian çökəkliyi” adlanan bu məcmuələrdə Firuz Mustafanın absurd dramları toplanmışdır.

Pyesləri fars dilinə Kayomars Nəzmian tərcümə edib.

Firuz Mustafa mia.az-a açıqlamasında bunları deyib:

-Mən Kayomarsı şəxsən tanımıram. Yəni biz indiyəcən həyatda rastlaşmamışıq. Lakin bir-birimizin yaradıcılığına mətbuat vasitəsi ilə yaxşı bələdik. Kayomars çox erudisiyalı bir qələm əhli, habelə istedadlı tərcüməçidir. O, indiyəcən mənim bir sıra nəsr əsərimi farscaya çevirib, nəşr etdirib. Ədəbiyyatımıza və mədəniyyətimizə böyük sevgisi olan Kayomars son illərtəmənnasız olaraq mənim səhnə əsərlərimin tərcüməsi ilə məşğul olur. Bu günlərdə İranda iki kitabım birdən nəşr edilib. Əlbəttə, bu, çox sevindirici haldır. Tamaşaçılar yaxşı bilir ki, hazırda İran filmləri dünya kinosunda xüsusi yer tutur. Orasını da deyim ki, son illərdə qonşu ölkənin teatr aləmində də bir canlanma, inkişaf hiss olunmaqdadır. Mən əminəm ki, farscaya çevrilmiş bu əsərlər, yəni mənim absurd dramlarım tezliklə özünün layiqli səhnə həllini tapacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR