Putin Ərəbistanda ərəb ölkələrinə səsləndi: "Gəlin, bölgənin problemlərini birgə həll edək"

img

15-04-2018 [14:24]


Rusiya prezidenti Vladimir Putin  Ərəb Dövlətləri Liqasının 29-cu sammitində iştirak etmək üçün  bu gün Səudiyyə Ərəbistanın Dahran şəhərinə səfər edib.

Mia.az xarici mətbuata istinadən bildirir ki, o, bu sammitdə suriya ilə bağlı ərəb dövlətlərinə müraciət edib.

Putin ABŞ-ın Suriyanı vurmasının bölgədə yeni böhrana yol açdığını qeyd edərək, deyib ki, Rusiya bu böhranın həlli üçün ərəb dövlətləri ilə birgə addım atmağa hazırdır: "Hazırda Yaxın Şərqdə vəziyyət çox mürəkkəb xarakter alıb. Suriya, İraq, Liviya və Yəməndəki vəziyyət hamının gözü qabağındadır. Bu ölkələrdəki savaşlar bütün infrastrukturları məhv edir, minlərlə insanın ölümünə səbəb olub. Rusiya olaraq, Ərəb Dövlətləri Liqası ilə birgə Suriya və İraqdakı böhranın həlli üçün birgə addımlar atmağa hazırıq".

Putin çıxışında Fələstin probleminə də toxunub. Bildirib ki, bu problem də mütləq öz həllini tapmalıdır və bununçün də İsraillə Fələstin masaya oturmalıdırlar: "Yoxsa, bu bölgədə münaqişələr davam edəcək".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR