ABŞ və müttəfiqləri Suriyanı belə vurdu - Müharibə başladı + VİDEO

img

14-04-2018 [10:55]


ABŞ Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyata başlayıb.

Mia.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq koalisiya Dəməşqdə bir sıra strateji obyektləri vurub.

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford bəyan edib ki, zərbə endirdiyimiz obyektlər Suriya rejiminin kimyəvi silah proqramı ilə əlaqəlidir. Birinci hədəf Dəməşqdəki elmi tədqiqat mərkəzi olub. Burada kimyəvi silahların araşdırıması və istehsalı həyata keçirilirdi. İkinci hədəf isə Homsda yerləşən kimyəvi silah anbarı olub”

Bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxış edərək bəyan edib ki, hava zərbələri Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə endirilir. "Hazırda Bəşər Əsədin potensial kimyəvi silahları ilə əlaqəli obyektlərə yüksək dəqiqlikli zərbələr endirilir. Hərbi əməliyyat Böyük Britaniya və Fransa Silahlı Qüvvələri ilə birgə həyata keçirilir”.

ABŞ prezidenti həmçinin bildirib ki, ABŞ Rusiyaya və İranla münasibətlərin normallaşdırılmasına ümid edir. "Lakin bu baş tutmaya da bilər”.

Bununla belə, ABŞ prezidenti ölkəsinin Suriyada uzunmüddətli hərbi iştirakını istisna edib: "Hər hansı vəziyyətdən asılı olmayaraq hərbçilərimizin Suriyada qalmağına çalışmırıq”.




Digər xəbərlər
SON XƏBƏRLƏR