Oqtay Şirəliyev seçkidə iştirak etmədi? - Nazirlik sözçüsü "hə", məntəqə sədrləri "yox" deyir

img

13-04-2018 [11:59]


Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 11 aprel Prezident seçkilərində iştirak etməyib.

Mia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, nazir Oqtay Şirəliyev Səbail rayonu, Bülbül prospekti 11 ünvanında qeydiyyatda olduğu ərazi üzrə 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verməli olsa da, o, seçici hüququndan istifadə etməyib.

Faktla bağlı 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin sədri İmran Cəmiyev sayta danışıb. O, 11 apreldə keçirilən prezident seçkilərində Oqtay Şirəliyevin iştirak etmədiyinini təsdiqləyib: "Oqtay Şirəliyev bizim məntəqədə qeydiyyatdadır. Mən məntəqə bağlanana qədər Səhiyyə nazirini görmədim. O, prezident seçkilərində seçki hüququndan istifadə etməyib”.

Xatırladaq ki, seçkilərdə Prezident Administrasiyasının nüfuzlu şəxsləri və ayrı-ayrı nazirlər iştirak edərək, Prezident İlham Əliyevə səs verdiklərini və bununla da onun siyasətini dəstəklədiklərini nümayiş etdiriblər. Ancaq eyni halı səhiyyə naziri göstərməyib.


*** 

Məsələ ilə bağlı "Bizim Yol" Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova ilə əlaqə saxlayıb. 

O, nazir Oqtay Şirəliyevin Prezident seçkilərində iştirak etdiyini və 6 saylı məntəqədə səs verdiyini bildirib: "Yayılan məlumat yalandır. Cənab nazir səs verib. O, 6 saylı məntəqədə, səhər saat 08:30 -da səs verib. Bir azdan sizə həmin görüntüləri də verəcəm”.

Məlumat üçün bidirək ki, seçki məcəlləsinə görə hər bir şəxs qeydiyyatda olduğu ırazidən kənarda səs vermək üçün, qeydiyyatda olduğu məntəqədən bu haqda çıxarış (arayış) almalıdır.

29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin sədri İmran Cəmiyev isə "Bizim Yol"a açıqlamasında Oqtay Şirəliyevə belə bir arayışın verilmədiyini bildirib: "Oqtay Şirəliyev səsvermədə iştirak etməyib. O, bizdən çıxarış almadan nə ölkə daxilində, nə də xaricində səs verə bilməz. Başqa yerdə səs veməsini kimsə bildiribsə, yalandır. Bizdən çıxarış (arayış) almadan belə bir şey ola bilməz. Mən də belə bir arayış verməmişəm”.

**** 

Məsələ ilə bağlı 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsinin sədri Rüfət Həsənov da danışıb.  

O bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyev 6 saylı məntəqədə səs verməyib: "Oqtay müəllim burda səs verməyib. Çünki o, burada səs vermək üçün 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsindən çıxarış almalıydı. Oqtay müəllim də bizə belə çıxarış təqdim etməyib. Ona görə də nazir 6 saylı seçki məntəqəsində səs verə bilməz”.




    Digər xəbərlər
    SON XƏBƏRLƏR
    12:42 29.03.2024

    Sabah yağış yağacaq

    10:49 29.03.2024

    YOXSULLUQ və YOXSULLAR