Polis nazirin işarəsi ilə jurnalisti döyənləri tapa bilmir? - Müəmmalı durum

img

12-04-2018 [16:00]


Xəbər verdiyimiz kimi, səhiyyə naziri Oqtay Şirəliyevin işarəsi ilə jurnalist Famil Fərhadoğlu (İbrahimov) döyülüb.

Unikal.org xəbər verir ki, 9 aprel tarixində Yasamal qəbiristanlığında Səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfnində əməkdaşımız nazirin adamlarının hücumunə məruz qalıb, mobil telefonu əlindən alınıb, ona xəsarət yetirilib. 

Hadisədən bir neçə gün keçsə də, hələ də insidenti törədən 2 nəfər tapılmır. Baxmayaraq ki, hadisənin baş verdiyi ərazi üzrə Yasamal rayon 28-ci polis bölməsinə hadisədə iştirak edən şəxs və onun yaxınları haqqında məlumat verərək, həmin şəxslərin əlaqə nömrəsi polisə təqdim edilib. Amma buna baxmayaraq hansısa "bizə məlum olmayan qüvvə” bu şəxslərin ortaya çıxmasında maraqlı deyil.

Famil Fərhadoğlunu döyən şəxsin anası Validə Paşayeva bizimyol.info saytına açıqlama verib. O, oğlu və səhiyyə naziri Oqtay Şirəliyevə yaxın olan Namiq adlı şəxs tərəfindən jurnalistin döyüldüyünü təsdiq edib. Həmin şəxs Azərbaycan Respublikası Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdir müavini vəzifəsində çalışmış, mərhum Təyyar Tağı oğlu Paşayevin oğlu Riyad Paşayevdir. O, hazırda dövlət orqanlarından birində çalışır, anası Validə Paşayeva isə səhiyyə nazirliyinin işçisidir.

Hadisə iştirakçısının anası belə, jurnalistə hücum edən, onun telefonunu əlindən alan şəxsin Səhiyyə naziri Oqtay Şirəliyevin yaxın adamı Namiq adında şəxsin olduğunu söyləməsi əsas verir ki, həmin hadisə iştirakçılarının gizlənməsində şəxsən nazirin özü maraqlıdır. Çünki hadisəni törədən 2 şəxsin adından üzrxahlıq etmək üçün 28-ci polis bölməsinə gələn şəxslər jurnalistin əlindən alınan mobil telefonunu gətirib polisə təqdim etsələr də, həmin 2 "qəhrəman"dan xəbər yoxdur. Əldə etdiyimiz məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyev özü həmin 2 şəxsin tapılmasında maraqlı deyil. Çünki jurnalistə təzyiq edən, onun mobil telefonunu əlindən alan Namiq adlı işçisinin ortaya çıxması, bu hadisənin nazirin işarəsi ilə törədilməsi faktını təsdiqləyəcək/Unikal.org.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR