ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Nazirin göstərişi ilə jurnalist döyən kimdir? - Maraqlı fakt üzə çıxdı - mia.az
Şriftin ölçüsü / 879 dəfə oxunub

Nazirin göstərişi ilə jurnalist döyən kimdir? - Maraqlı fakt üzə çıxdı

10 Aprel 2018 [12:33]
Xəbər verdiyimiz kimi, dünən səhiyyə naziri Oqtay Şirəliyevin göstərişi ilə "Unikal"ın əməkdaşı Famil Fərhadoğlu (İbrahimov) döyülüb.

Hadisə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində baş verib. Belə ki, Yasamal qəbiristanlığında mərhumun dəfn mərasimini lentə alan jurnalist Famil Fərhadoğlu nazirin işarəsi ilə işçilərinin hücumuna məruz qalıb. O,  üz və qol nahiyyəsindən xəsarət alıb. Həmçinin mobil telefonu əlindən alınaraq, sındırılıb.

Hadisə ilə bağlı KİV-lərdə xəbər yayımlandıqdan sonra Səhiyyə Nazirliyi dərhal açıqlama verib. Nazirlik baş verənləri üzərindən ataraq, hadisəni mərhum nazir müavininin qohumları tərəfindən törədildiyini bildirib.

Unikal.org Səhiyyə Nazirliyinin bu açıqlaması ilə bağlı dərhal araşdırma aparıb. 

İlkin araşdırma zamanı məlum olub ki, hadisəni törədən şəxs Milli Məclisdə şöbə müdiri vəzifəsində çalışmış mərhum Təyyar Paşayevin oğludur. Hazırda T.Paşayevin həyat yoldaşı Səhiyyə Nazirliyində yüksək vəzifədə çalışır.

Məsələ ilə bağlı araşdırmamızı davam etdirəcəyik.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR