Ərdoğan, Putin və Ruhani Suriya ilə bağlı anlaşdı - Birgə bəyanat və dünyaya mesaj

img

04-04-2018 [16:57]


Türkiyədə Ərdoğan, Putin və Ruhaninin Suriya ilə bağlı birgə toplantısı başa çatıb.

Mia.az xəbər verir ki, görüşdən sonra verilən açıqlamada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin Suriya məsələsi ilə bağlı razılıq əldə etdiyi bildirilib. 

Bu barədə verilən bəyanatda deyilir ki, prezidentlər üçlü formatda əməkdaşlığı davam etdirəcəklər: "Suriyada davamlı atəşkəsə nail olunacaq və biz buna sadiq qalacağıq. Biz Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəkləyir, onun ərazi bütövlüyünü pozmağa çalışan və qonşu dövlətlərin təhlükəsizliyini təhdid edən separatçıların fəaliyyətinə qarşıyıq. Biz əminik ki, Suriya münaqişəsi hərbi yolla deyil, sülh, siyasi dialoq çərçivəsində həllini tapmalıdır”.

Bəyanatda o da vurğulanıb ki, Suriya əhalisinin iradəsi əsasında seçkilərin keçirilməsinə yardım olunmalı, eyni zamanda, BMT-nin nəzarəti altında suriyalıları qane edəcək konstitusiyanın qəbul edilməlidir: "Biz bundan sonra da İŞİD, Nusra-Cəbhəsi və BMT Təlükəsizlik Şıurasının siyahısında yer alan başqa terror təşkilatlara qarşı birgə mübarizə aparacağıq".

Sonda qeyd colunub ki, növbəti üçtərəfli sammit İranda keçiriləcək. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR