"Qarşımda olsaydın, sürətlə yerə sərilib ağlayardın" - Trampdan sabiq vitse-prezidentə mesaj

img

23-03-2018 [14:00]


ABŞ prezidenti Tramp bildirib ki, sabiq vitse-prezident Co Baydeni döyüb ağladardı.

O, bu sözləri Tvitter səhifəsində yazıb. Tramp  bununla da Baydenin onun haqqında dediklərinə cavab verib.


 "Ağılsız Co Bayden özünü "vurub-yıxan oğlan” kimi göstərmək istəyir. Əslində isə o, həm psixi, həm də fiziki baxımdan zəifdir. Bununla ikinci dəfədir ki, məni fiziki hucumla hədələyir. O, məni tanımır. Qarşımda olsaydı,  sürətlə yerə sərilərdi və ağlayardı. Co, camaatı hədələmə!” – deyə prezident yazıb.

Bayden CNN-ə müsahibəsində deyib ki, Trampı qadınlara hörmətsizliyinə görə, məktəbin idman zalına salıb yaxşıca əzişdirərdi/Strateq.az.  

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı