Hakimi təhqir edən futbolçu cəzalandırıldı - AFFA-dan qərar

img

22-03-2018 [17:45]


AFFA İntizam Komitəsi I Divizionda çıxış edən "Şüvəlan” komandasının futbolçusu Mirkamil Həşimini 4 oyunluq cəzalandırıb.

Buna səbəb 22 yaşlı yarımmüdafiəçinin XIX turda "Turan Tovuz”la səfər matçının 90+4-cü dəqiqəsində hakimi təhqir etməsidir.

Futbolçuya verilən cəza ilə yanaşı, "Şüvəlan” 320 manat cərimələnib.

Qeyd edək ki, oyun "Turan Tovuz”un 1:0 hesablı qələbəsi ilə başa çatıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq