Kremlin nəzarətində olan rus mediası: "PYD/YPG İŞİD modelində terror təşkilatıdır"

img

22-03-2018 [16:40]


Rusiya ilk dəfə PKK və Suriyanın şimalında fəaliyyət göstərən PYD/YPG terror təşkilatları haqqında "İŞİD modelində terror təşkilatı” ifadəsini işlədib.

Teleqraf.com xəbər verir ki, Kremlə bağlı olan Rusiya Federal Xəbər Agentliyi yaydığı məqalədə PKK, PYD və YPG-nin terror təşkilatı kimi təqdim edib.

Rusiyanın Türkiyə tərəfindən həyata keçirilən "Zeytun budağı” əməliyyatına dəstək verdiyi xatırladılan məqalədə qeyd olunub ki, Suriyanın şimalında normal idarəçilik sistemi yaratmaq əvəzinə bu təşkilatlar Suriya xalqına məxsus olan təbii sərvətləri amansızcasına mənimsəyirlər.

Kremlə yaxın agentlik analitik məqaləsində vurğulayır ki, məhz bu terror təşkilatının "fəaliyyəti” nəticəsində 1,5 milyon insan evindən qaçmaq məcburiyyətində qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı