Azərbaycanın Avropa Məhkəməsindəki hakiminin səlahiyyətləri və sosial təminatları artırılıb

img

22-03-2018 [10:41]


Azərbaycan Prezidenti İlham Əliyev "Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Dəyişikliklə qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə yeni - 9-cu bənd əlavə edilib.

Yeni bəndə əsasən, İnsan hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulur və bu qanunda, həmçinin digər normativ hüquqi aktlarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimi üçün nəzərdə tutulmuş təminatlar (bu Qanunun 71-ci, 72-ci, 73.5-ci, 73.6-cı və 73.8-ci maddələrində nəzərdə tutulmuş təminatlar istisna olmaqla) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimə də şamil edilir.

Dəyişikliyin məqsədi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusuna bərabər tutulması və onların Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulmuş təminatlardan istifadə edilməsi üçün hüquqi əsasların yaradılmasıdır.

Qeyd edək ki, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində hazırki hakimi Lətif Hüseynovdur/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq