Ukrayna prokurorluğu tələb etdi, türk polisi azərbaycanlı qadını saxladı - İnsan alveri

img

20-03-2018 [12:52]


Türkiyənin Dənizli şəhərində Ukrayna Baş Prokurorluğunun müraciəti əsasında Azərbaycan vətəndaşı həbs olunub. 

"Report"un əldə etdiyi məlumata əsasən, 1980-cı il təvəllüdlü Əminə Məmmədova insan alverində ittiham olunaraq saxlanılıb.

Onun barəsində Kiyev şəhər Peçerskiy rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Ə.Məmmədova Ukraynadan bir çox qadınları Türkiyə və ərəb ölkələrinə apararaq cinsi istismara məruz qoymaqda ittiham olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq