Sevil Əliyevadan Novruz mesajı: "Uca Tanrı bizi həmişə gələcəyə ümidlə baxan, nikbin xalq kimi yaradıb"

img

19-03-2018 [21:24]


Prezident İlham Əliyevin bacısı Sevil Əliyeva sosial şəbəkədə Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.

Mia.az onun təbrik mesajını təqdim edir:
 
"Əziz bacılar və qardaşlar! 

Uca Tanrı bizi həmişə gələcəyə ümidlə baxan, nikbin xalq kimi yaradıb. Bizi yaşadan və xoşbəxt edən də elə bu gözəl hissdir. Novruz bayramımız da məhz bu hissin təcəssümüdür. Sizi Xalqımızın ən qədim, ən sevimli, təbiətin oyanışının rəmzi olan Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. 

Sizə uzun ömr, möhkəm can sağlığı, ailə səadəti arzulayıram. Ulularımızdan bizə yadigar qalan Novruz tonqalları həyatınızı işıqlandırsın, süfrələriniz ruzi-bərəkət, ömrünüz isə Yaz sevinci ilə bol olsun".


Digər xəbərlər
SON XƏBƏRLƏR