"Ya həll edin, ya da biz bir gecə qəfil girib həll edərik" - Ərdoğan yeni savaş siqnalı verdi

img

19-03-2018 [18:12]


Türkiyə prezidenti Ərdoğan Afrin əməliyyatının uğurla başa çatmasından sonrakı hədəfləri haqqında açıqlamalar verib.

Mia.az xəbər verir ki, o, Afrindən sonra Menbiç, Resulayn, Kamışlı istiqamətindəki terror dəhlizini ortadan qaldırana qədər əməliyyatın davam edəcəyini bəyan edib:

"Biz Şimali İraqdakı terror qrupları haqqında da Bağdada bildirdik. Onlara dedik ki, ya PKK problemini Sincarda da həll edəcəksiz, ya da bir gecə qəfil biz girib həll edərik. Sincar PKK-dan təmizlənməlidir".

Ərdoğan bildirib ki, bu məsələ çox uzanarsa, Türkiyə yeni bir "Zeytin budağı" əməliyyatına başlayacaq: "Afrinə baxın, bizim əməliyyatdan sonra orada demək olar ki, dağılan bina yoxdur. İndi Mosulun, Rəqqanın indiki foto və videolarına baxıram, darmadağındır. Afrində isə əksinədir. Biz yıxmağa deyil, inşa etməyə gəlirik. Digərləri ilə fərqimiz budur".

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq