Əhəd Abıyev rinqə çıxdı - FOTO

img

19-03-2018 [15:34]


Daşkəsən şəhərinin Heydər Əliyev meydanında 19 mart 2018-ci il tarixdə qədim, milli bayramımız olan Novruz bayramı minlərlə rayon sakininin iştirakı ilə keçirilib.

Mia.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Bahar qızı və Dədə Qorqudun müşayiəti ilə əvvəlcə bayram tonqalını yandırıb.

Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev təbrik nitqi söyləyib. 

Tədbirdə çıxış edən digər natiqlər də Novruz bayramı münasibətilə əsgərlərə cansağlığı arzulayıb, onlara Vətənə sədaqətlə xidmət etməyi tövsiyə ediblər. Rayon ictimaiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə gətirilən bayram sovqatı və xonçalar əsgərlərə paylanıb.

Tədbir bayram konserti ilə davam edib. Daşkəsənin incəsənət nümayəndələri rəngarəng bayram proqramlarını nümayiş etdiriblər. Əsgərlərlə görüşə gələn rayonun ictimaiyyət nümayəndələri onlarla rəqs edib, şənləniblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı