“Azərsu” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

img

19-03-2018 [14:57]


"Azərsu” ASC Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, bununla əlaqədar "Azərsu” ASC-nin aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.

"Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz su təminatı məqsədilə zəruri tədbirlər görüləcək. İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar "Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər”, deyə məlumatda qeyd olunur.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı