Azərbaycana səfər edən İran vətəndaşlarına giriş vizaları hava limanlarında rəsmiləşdirilir

img

19-03-2018 [14:38]


Martın 15-dən etibarən Azərbaycana səfər edən İran vətəndaşlarına giriş vizaları Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında rəsmiləşdirilir.

Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

"Bu qərarın dost və qonşu ölkələr olan Azərbaycan və İran arasında humanitar, iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına və insanlararası təmasların artmasına əsaslı töhfə verəcəyinə ümidvarıq", - deyə o bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR