"KİV-lərin monitorinqi aparılır, seçki günü "Qaynar xətt" fəaliyyətdə olacaq" - Şura sədrindən seçki açıqlaması

img

19-03-2018 [14:13]


Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə bağlı KİV-lərin monitorinqi aparılır.

Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Respublikası Prezident seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilmiş seminar müşavirədə deyib. 

O qeyd edib ki, hazırda 15 qəzetin, 10 agentliyin monitorinqi aparılmaqdadır. 

Ə.Amaşovun sözlərinə görə, monitorinqlər zamanı namizədlərlə bağlı materialların nə dərəcədə peşəkarlıqla hazırlanması araşdırılacaq.

Ə.Amaşov bildirib ki, əvvəlki seçkilərdə olduğu kimi aprelin 11-i prezident seçkiləri günü də Mətbuat Şurasının telefonları "qaynar xətt" kimi fəaliyyət göstərəcək. Onun sözlərinə görə, hər hansı bir məsələ ortaya çıxdığı halda Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxlanılacaq və məsələ aydınlaşdırılacaq/Trend.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı