Putin böyük səslə qalib gəldi, rəqibləri isə... - Rəsmi nəticələr açıqlandı: kim nə qədər səs yığdı? (Yenilənib)

img

19-03-2018 [00:38]


Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Putin prezident seçkilərinin qalibi olub.

Mia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, 73.9 faiz səslə yenidən prezident seçilib.

Putin yenidən prezident seçilməsi ilə bağlı xalqa müraciət edərək, təşəkkürrünü bildirib.

Beləliklə, MSK-nın açıqladığı son məlumata görə, Putin və onun ən yaxın rəqibləri aşağıdakı şəkildə səs toplayıblar:

1. Putin - %73,9

2. Grudinin - %11.2

3. Jirinovski - %6.7

4. Sobçak - %2.5

5. Yavlinskiy - %1.6

****

Rusiya MSK-nın məlumatına görə, hazırda seçici səslərinin 41 faizi sayılıb.

Hazırkı nəticələrə görə, Putin 75, Qrudin 14,4, Jirinovski 6,6, Sobçak 1,4 faiz səs toplayıb.

***

Bu gün Rusiyada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Mia.az Rusiya mediasına istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, artıq seçici səslərinin 21,33 faizi hesablanıb, hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində 71,97 faiz səs toplayıb.

Putinin rəqibləri - Kommunist Partiyasından Pavel Qrudinin 15,9 faiz, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski 6,96 faiz, "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak 1,39 faiz, "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski ilə 0,77 faiz, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin 0,62 faiz, "Rusiya Kommunistləri" Partiyasından Maksim Suraykin 0,61 faiz, biznes ombudsmanı Boris Titov isə 0,59 faiz səs toplayıb.

Exit-poll nəticələrinə görə, bugünkü seçkidə Vladimir Putin 70 faizdən çox səs toplayaraq qələbə qazanıb.

**** 

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. 

APA-nın Moskva müxbirinin Rusiya MSK-da yaradılan İnformasiya Mərkəzindən verdiyi xəbərə görə, hazırda ölkə üzrə keçirilən səsvermədə bülletenlərin 33,24 faizi hesablanıb.

İlkin nəticələrə görə, hazırki prezident Vladimir Putin 73,5 faiz səslə qalib gəlib.

İkinci yerdə isə Kommunist Partiyasının namizədi, Lenin adına Sovxozun direktoru Pavel Qrudinindir. O, seçicilərin 14,5 faizinin səsini toplaya bilib. Üçüncü yerdə 6,6 faiz səslə liberal demokrat Vladimir Jirinovski, dördüncü yerdə 1,4 faiz səslə Kseniya Sobçak qərarlaşıb.

Digər namizədlər Sergey Baburin, Qriqori Yavlinski, Boris Titov və Maksim Suraykin 1 faizdən az səs toplaya biliblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR