Daha 29 kənd və bir mərkəz PYD/YPG-dən azad edildi - Türk ordusundan gün ərzində sürətli əməliyyat

img

18-03-2018 [21:57]


Türkiyə ordusunun bu gün Afrinin mərkəzini ələ keçirməsindən təşvişə düşən PYD/YPG terrorçuları digər bölgələrdə ciddi müqavimət göstərə bilmədən qaçmağa başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün Afrinin mərkəzinin terrorçulardan təmizlənməsindən qısa müddət sonra Türk ordusu sürətli əməliyyatla birdən-birə 29 kənd və bir bölgə mərkəzini də azad edib:

"Bu gün səhər saatlarında Afrinin mərkəzi ələ keçirildikdən sonra bölgənin şimal,  şərq və qərb istiqamətlərində əməliyyatlar sürətləndirilib. 

Son məlumata görə, bu gün Afrinin mərkəzindən sonra daha 29 kənd bə daha bir bölgə mərkəzi ələ keçirilib. Bunlar Şeyx Xadid bölgəsinin şərqi ilə Racu-Bülbül-Şeran bölgələri arasında yerləşən Yuxarı Gulyan, Aşağı Gulyan, Berbant, Göbek, Öksüzlü, Guebek, Abraz, Şeyx Kulu, Hasan Deirli, Çorba Ovası, Samatek, Kodlaki, Anbarlı, Saghir Obası, Kalilene, Açoni, Dik Obası, Zivenko, Heşelik, Hacıhasanlı, Rahmanlı, Dalyanlı, Rutanlı, İki Ahır, Beremci, Selo, Ərəb Uşağı, Katranlı, Kuzrayhil kəndləridir. Bu kəndlərlə yanaşı, gün ərzində Mabatlı bölgə mərkəzi də  terrorçulardan təmizlənib. Bununla da Afrinin mərkəzinin şimal, şərq və qərb istiqamətlərindəki bütün hədəflər Türkiyə ordusunun nəzarəti altına keçib".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq