Azərbaycan gimnastı 4-cü yeri tutdu, türk idmançı isə... - Dünya kuboku

img

18-03-2018 [14:40]


Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında sərbəst hərəkətlər üzrə qaliblər müəyyənləşib.

Mia.az Trend-ə istinadən xəbər verir ki, Xorvatiya idmançısı Ana Derek 13.533 balla bütün rəqiblərindən yaxşı çıxış edib. 

İkinci yer Yunanıstan gimnastı İoanna Ksuloqiyə nəsib olub - 12.733.

Azərbaycanın xalq mahnısı "Sarı gəlin"in sədaları altında çıxış edən türkiyəli Demet Mutlu isə 12.566 balla bürünc medal qazanıb.

Azərbaycan gimnastı Yuliya İnşina eyni bal qazansa da yarışmanı 4-cü sırada başa vurub.

Digər xəbərlər
SON XƏBƏRLƏR